Zelenski İstanbulda baş verən partlayışla bağlı türk dilində başsağlığı verdi – FOTO

Dünya

“İstiqlal küçəsində baş verən partlayış nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı xəbərini dərin hüznlə öyrəndim”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” səhifəsində türk dilində yazıb.

“Həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Dost türk xalqının dərdi bizim dərdimizdir”, – deyə dövlət başçısı qeyd edib.