Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa XİN-ə təqdim etdi – FOTO

Dünya

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsinin surətini Fransa Xarici İşlər Nazirliyinə təqdim edib.

Bu barədə səfir özünün “Twitter” hesabında yazıb.

“Etimadnamələrimin surətlərini təqdim etməkdən məmnun oldum. Fransa XİN-in Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini Bruno Bissona isti qarşılamaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Bruno Bisson”, – səfir qeyd edib.