Solomon adalarında güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

Dünya

Sakit okeanın cənub-qərbində yerləşən Solomon adalarında 7,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri 65 minə yaxın insanın yaşadığı paytaxt Honiaradan 56 km aralıda yerləşib.

Yeraltı təkanların ocağı 13,6 km dərinlikdə olub. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Zəlzələnin episentrindən 300 km aralıda sunami təhlükəsi qalmaqdadır.

Solomon adaları zəlzələlərin tez-tez baş verdiyi seysmik təhlükəli bölgədə yerləşir.

Mənbə: Reuters