Hindistanda polis insanlara atəş açdı: Ölənlər var – FOTO

Dünya

Hindistanın şərqindəki Assam ştatında polis və meşə mühafizəçiləri insanları atəşə tutublar, nəticədə altı nəfər ölüb.

Hadisə Assam və Meqhalaya ştatlarının sərhədində baş verib.

Belə ki, polis qaçaqmal taxta-şalban yüklənmiş yük maşınını saxlayıb. Baş verənləri izləmək üçün toplaşan yerli sakinlər polisi mühasirəyə alıblar. Baş verən çaxnaşma səbəbindən hüquq-mühafizə orqanlarının əməkdaşları camaata atəş açıblar.

Səlahiyyətlilər hadisəni araşdıracaqlar.

Mənbə: NDTV