Lavrov fotomüxbirə qarşı kobudluq etdi: “Sizin işiniz şəkil çəkməkdir!” – VİDEO

Dünya

“Sizin işiniz göstəriş vermək deyil!”

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov fotomüxbirin foto ilə bağlı xahişinə cavab olaraq deyib.

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sammitindən əvvəl Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçirilir.

İclas başlamazdan əvvəl fotoçəkiliş mərasimində fotomüxbirlərdən biri erməni dilində Ermənistanın müdafiə naziri Suren Papikyandan bir az sağda dayanmasını xahiş edib. Bu xahişə isə Rusiya xarici işlər naziri Sergey Lavrov cavab verib.

“Yox, daha nə?! Sizin işiniz göstəriş vermək deyil, şəkil çəkməkdir”, – deyə o, müxbirə qarşı kobudluq edib.

Mənbə: Panorama.am