İki azərbaycanlı Rusiya hökumətinin elm və texnologiya sahəsində mükafatına layiq görülüb

Dünya

Rusiya Federasiyası Hökumətinin 3179-r saylı sərəncamı ilə bir sıra şəxslər elm və texnologiya sahəsində ilin mükafatına layiq görülüblər.

Onların arasında iki həmyerlimiz də var.

Mükafata layiq görülən azərbaycanlılardan biri texnika elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “VİM” Federal Elmi və Mühəndislik Mərkəzi” Federal Dövlət Büdcə Elmi Qurumunun baş elmi işçisi Qocayev Zahid Adıgözəl oğludur. O, Rusiya Federasiyasının Uzaq Şimal ərazilərinin sürətləndirilmiş sosial-iqtisadi inkişafı üçün yüksək səmərəli təkərli nəqliyyatın və texnoloji vasitələrin inkişafına görə mükafata layiq görülüb.

Digər həmyerlimiz iqtisad elmləri namizədi, “Crocus International” ASC-nin prezidenti Ağalarov Araz İsgəndər oğlu isə xüsusi təbii və texnogen şəraitə malik ərazilərin inkişafında bina və tikililərin mexaniki təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinqi üçün universal texnologiyanın işlənib hazırlanması və tətbiqinə görə mükafatlandırılıb.