Rusiyada helikopter qəzaya uğradı: Ölənlər var – VİDEO

Dünya

Buryatiyada “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Baykal hava limanına enərkən baş verən qəzadan sonra “Mi-8” alovlanıb.

“Helikopterdə üç nəfərdən ibarət ekipaj olub. İlkin məlumata görə, onlar həlak olublar. Helikopterdə sərnişin olmayıb”, – deyə mənbədən bildirilib.

Qəzanın baş vermə şəraiti müəyyənləşdirilir. İlkin ehtimallara görə, qəzaya səbəb mühərrikdə baş verən yanğın olub.

Mənbə: TASS