Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı

Dünya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.

“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, – Kreml sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: 

“Rusiyanın rəsmi şəxslərindən heç kim heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.

Xatırladaq ki, A.Qriqoryan Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. O daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir.

Mənbə: news.am