Ukraynalılar Yeni ili qeyd edəcəklər? – VİDEO

Dünya

“Cəbhə bölgələrinə yaxın şəhərlərdə yolka qurulması, yaxud Yeni illə bağlı başqa hazırlıqların görülməsi təhlükəlidir. İnsanlar hər an raket hücumuna məruz qala bilərlər”.

Bunu Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov “Salam Baku” verilişində ukraynalıların Yeni il ərəfəsində əhvali-ruhiyyəsinin necə olması ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, bəzi ərazilərdə yolka qurulmasa da, insanlarda bayram keçirmək istəyi var.

“Kiyevdə isə yolkalar üç həftə əvvəldən qurulub və bildirilir ki, generator vasitəsilə işıqlandırılacaq”, -deyə jurnalist əlavə edib.