Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Bakı İstanbul Liseyində “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

Gündəm

Tədbiri giriş sözü ilə açan RPİ-nin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev narkomaniyanın, narkotik vasitələrin və onların prekursorlarından istifadənin insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıb. Qeyd edib ki, gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri diqqət mərkəzində saxlanılmalıdır. Valideynlərin də bu məsələdə həssaslıq nümayiş etdirmələrini deyən İdarə rəisi M.Mirbabayev uşaqların, gənclərin zərərli vərdişlərə meyl etməmələri üçün onları təhsilə, idmana yönəltməyin vacibliyini nəzərə çatdırıb.

Görüşdə çıxış edən digər tədbir iştirakçıları polis əməkdaşları tərəfindən təhsil ocaqlarında təşkil edilən bu cür tədbirlərin əhəmiyyətinə xüsusi diqqət çəkiblər.

Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir