Premyer Liqa: “Qarabağ” autsayderlə oyunda xal itirdi – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.

Oxu.Az xəbər verir ki, günün yeganə oyununda “Kəpəz” “Qarabağ”ı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.

Xallarının sayını 57-yə çatdıran “köhlən atlar” liderdir. 14 xala malik Gəncə klubu 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, turun “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları fevralın 5-də, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçları isə fevralın 6-da keçiriləcək.