Premyer Liqa: Tura “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək

İdman

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçiriləcək. Açılış matçında “Neftçi” Qəbələdə eyniadlı komandanın qonağı olacaq.

Hazırda “ağ-qaralar” 44 xalla 3-cü, “qırmızı-qaralar” isə 27 xalla 5-ci pillədə qərarlaşıbLAR.

Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəlib. Bunların 27-də paytaxt klubu, 17-də əyalət təmsilçisi qələbə qazanıb. 13 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var – 86:67.

“Neftçi” son 2 matçda iki qol vurub və qalib gəlib. “Qəbələ” son 5 ev oyununda rəqib qapısına yol tapıb.

Azərbaycan Premyer Liqası

XXII tur

10 fevral (cümə)

15:00. “Qəbələ” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Akif Əmrəli, Zöhrab Abbasov, Tural Qurbanov

VAR: Rauf Cabarov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun “Turan Tovuz” – “Kəpəz” və “Qarabağ” – “Sabah” oyunları fevralın 11-də, “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” matçları isə fevralın 12-də keçiriləcək.