İran əsilli milyarder “Tottenhem”i almaq istəyir

İdman

İran əsilli amerikalı iş adamı Cam Nəcəfi İngiltərənin “Tottenhem” futbol klubunu 3,75 milyard dollara almaq təklifi ilə çıxış edəcək.

Məlumata görə, o, BƏƏ-dən olan investorların kiçik tərəfdaş kimi çıxış etdiyi konsorsiumla əməkdaşlıq edir və yaxın həftələrdə klub rəhbərliyinə rəsmi təklif ünvanlamağı düşünür.

“Tottenhem” britaniyalı iş adamı Co Lyuisə məxsusdur və ona Daniel Levi rəhbərlik edir. Klubun maliyyə problemlərinin olmamasına, yeni stadionun tikintisinə və Çempionlar Liqasında müntəzəm olaraq çıxış etməsinə baxmayaraq, azarkeşlər son vaxtlar kubokların olmaması səbəbindən rəhbərlikdən narazılıqlarını fəal şəkildə bildirirlər.

Qeyd edək ki, komandanın ən son uğuru 2008-ci ildə İngiltərə Liqa Kubokunu qazanması olub.

Mənbə: Financial Times