“Qəbələ” – “Zirə” matçı güclü qara görə təxirə salınıb – YENİLƏNİB

İdman

“Qəbələ” və “Zirə” komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçı təxirə salınıb.

“Report”un məlumatına görə, buna Qəbələyə yağan güclü qar səbəb olub.

Qarşılaşma martın 14-də saat 12:30-da qaldığı yerdən – 65-ci dəqiqədən davam etdiriləcək.

18:10

“Qəbələ” və “Zirə” komandaları arasında Azərbaycan Premyer Liqasının XIX tur matçında məcburi fasilə elan edilib.

“Report” xəbər verir ki, buna Qəbələyə yağan güclü qar səbəb olub.

Matçın baş hakimi Əliyar Ağayev Qəbələ şəhər stadionunda ot örtüyünün qardan təmizlənməsi üçün oyunu 65-ci dəqiqədə dayandırıb.

Qeyd edək ki, görüşdə hesab açılmayıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir