Təcavüzdə ittiham olunan federasiya prezidenti istefa verdi

İdman

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret vəzifəsindən gedib.

Federasiyanın yaydığı rəsmi açıqlamada onun istefa verdiyi və istefasının qəbul edildiyi bildirilib. Onu müvəqqəti olaraq köməkçisi Filip Diallo əvəz edəcək.

Le Qretin adı son zamanlar daha çox qalmaqallarda hallanırdı. Təcavüzdə ittiham edilən funksioner Fransa futbolunun əfsanəsi Zinəddin Zidanla bağlı açıqlamaları ilə də narazılığa səbəb olmuşdu. Bundan başqa, Fransa İdman Nazirliyi Federasiyada geniş audit yoxlaması aparır.

81 yaşlı Noel Le Qret 2011-ci ildən Fransa Futbol Federasiyasına rəhbərlik edirdi.

Mənbə: Fransa Futbol Federasiyası