“Barselona”nın prezidenti Messinin meneceri ilə görüşdüyünü təsdiqlədi

İdman

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun sabiq futbolçusu Lionel Messinin atası və meneceri Xorxe Messi ilə görüşdüyünü təsdiqləyib.

Klub rəhbəri hazırda PSJ-də oynayan argentinalının mümkün qayıdışı barədə danışmaq istəməyib:

“Bəli, Xorxe Messi ilə görüşmüşəm. 2022-ci ildə keçirilmiş dünya çempionatı və Lionel üçün vida oyunu barədə danışdıq. Hazırda o, PSJ-nin futbolçusudur. Buna görə də qayıdıb-qayıtmayacağı barədə danışmaq istəmirəm”.

Xatırladaq ki, Lionel Messi 2021-ci ilin yayında “Barselona”nı PSJ-yə dəyişib.

Mənbə: Goal.com