Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

İdman

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında yarımfinal döyüşləri keçirilir.

Bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb.

Dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma boksçumuzun qələbəsi ilə başa çatıb. Hüseynov 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəyə sevinib.

O, həlledici döyüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal döyüşünə çıxacaq.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir