El-Klasiko: “Barselona” “Real Madrid”i darmadağın edib

İdman

İspaniya La Liqasında “Real” Madrid və “Barselona” komandaları arasında növbəti El-Klasiko keçirilib.

XXIX turun “Santyaqo Bernabeu” stadionunda baş tutan oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Qarşılaşmada hesabı 29-cu dəqiqədə Usman Dembelenin ötürməsi ilə Pyer-Emerik Obameyanq açıb. Otuz səkkizinci dəqiqədə Ronaldo Arauxo Dembelenin ötürməsi ilə “Barselona”nın hesabdakı üstünlüyünü artırıb: 2:0. Matçın 47-ci dəqiqəsində Ferran Torres Obameyanqın ötürməsini qola çevirib – 3:0. Lakin “Barsa” təmsilçiləri bunlarla yeknlaşmayıb – qarşılaşmanın 51-ci dəqiqəsində Pyer-Emerik Obameyanq dubl edərək hesabı 4:0-a çatdırıb.- 4:0.

Matçı FIFA referisi Xuan Martines Munuera idarə edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir