İsveçli futbolçu Zlatan İbrahimoviç “Qızıl top”u tənqid edib.
“Bu mükafatlar siyasiləşdirilib. Onlar ideal insanları qalib görmək istəyirlər. İstədiyinizi açıq desəniz, bu mükafatları ala bilməzsiniz. Mükafatları yaxşı oğlanlara təhvil vermək daha asandır. Mənim üçün bu, heç nəyi dəyişmir. Bu, məni daha yaxşı və ya pis etmir”, – deyə “Milan”ın hücumçusu “Bild”-ə müsahibəsində deyib.
www.102info.az