Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.
Oxu.Az xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən idmançı əvvəlcə Miroslav Kirova 9:0 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda Ermənistan təmsilçisi Arman Avaqyanla qarşılaşıb. 1 dəqiqə 51 saniyə sonra 11:0 hesablı üstünlüyə görə görüş dayandırılıb və Aşırov yarımfinala yüksəlib. Onun 1/2 finaldakı rəqibi Vadimeri Qamkrelidze (Gürcüstan) olacaq.
57 kq-da Əliabbas Rzazadə gürcü əsilli Levan Metreveli Martanova (İspaniya) 7:0 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mikyay Salim Naimlə (Bolqarıstan) qarşılaşacaq.
65 kq-da Hacı Əliyev Munir Rəcəp Aktaşa 12:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Üçqat Avropa çempionumuzun 1/2 finaldakı rəqibi Maksim Sakultan (Moldova) olacaq.
70 kq-da Zirəddin Bayramov meydan sahibi idmançısı Daniel Antalı (Macarıstan) 10:6 hesabı ilə məğlub edib. O, 1/4 finalda Fati Veyseli (Şimali Makedoniya) ilə qarşılaşacaq.
97 kq-da Məhəmmədxan Məhəmmədov Lukas Krasauskasa (Litva) 12:2 hesabı ilə qalib gəlib. Dağıstan əsilli idmançı 1/4 finalda Elizbar Odikadze (Gürcüstan) üzərində 14:7 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Səbuhi Musa
www.102info.az