Kəmaləddin Heydərov vətəndaşlarla görüşmək üçün Bərdəyə gedəcək

Gündəm

Fövqəladə hallar naziri Bərdədə vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən martın 31-də Bərdə şəhərində, Bərdə Peşə liseyinin binasında saat 11:00-dan Bərdə və Tərtər rayonları sakinlərinin qəbulu keçiriləcək.

Qəbula gələn vətəndaşların qeydiyyatı 30 mart 2022-ci il tarixində Bərdə Peşə liseyinin binasında (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti, 111) saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir