Azərbaycanın iki gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəldi

İdman

Azərbaycanın idman gimnastları İvan Tixonov və Nikita Simonov Bakıda keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıblar.

Oxu.Az-ın məlumatına görə, Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq səkkizinci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və altıncı yeri tutub.

Hər iki idmançı təsnifat mərhələsini ilk “səkkizlik”də başa vurduğu üçün finala yüksəlib.

Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir