“Barselona” 3-cü divizion klubunu çətinliklə məğlub etdi – VİDEO

İdman

İspaniya kubokunun 1/16 final mərhələsində “Barselona” üçüncü divizion klubu olan “İntersiti”yə 4:3 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə bitib. “Barselona”nın heyətində Ronald Arauxo, Usman Dembele və Rafinya fərqlənib. Meydan sahiblərinin heyətində isə Oriol Soldevila het-trik edib.

Kataloniyalılar yalnız əlavə vaxtda ölkənin üçüncü divizion klubunun müqavimətini qıra biliblər. Əlavə vaxtın ilk hissəsində Ansu Fatinin qolu Kataloniya klubuna bu görüşdə qələbə qazandırıb və komandanı turnirin 1/8 finalına çıxarıb.

“İntersiti” isə İspaniya Kubokunda iştirakını başa vurub.

Qeyd edək ki, turnirin hazırkı qalibi ötənilki kubokun final oyununda “Valensiya”nı penaltilər seriyasında məğlub edən “Betis”dir.

Mənbə: Çempionat