Azərbaycanlı Avropa çempionuna Antalyada medal görüşünə çıxmağa icazə verilmədi

İdman

Antalyada keçirilən “Böyük Dəbilqə” turnirində -66kq çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov zədələnib.

Oxu.Az xəbər verir ki, Avropa çempionu sonuncu görüşdə zədələndiyindən, milli yığmanın həkiminin tövsiyəsi və baş məşqçinin qərarına əsasən yarışın final blokunda bürünc medal uğrunda tatamiyə çıxmayacaq.

Qeyd edək ki, Orxan Səfərov bu gün start götürən yarışda İsaya Ramiresi (ABŞ), Əbubəkr Şerovu (Tacikistan), Straxinya Bunçiçi (Serbiya) məğlub etsə də, yarımfinalda Vilian Limaya (Braziliya) uduzub. O, zədələnməsəydi, Tal Flikerlə (İsrail) bürünc medal görüşünə çıxmalı idi.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir