“Real” Benzemanın qolları ilə qələbə qazandı – VİDEO

İdman

İspaniya çempionatının 30-cu turunda Madrid “Real”ı səfərdə “Selta Viqo”nun qonağı olub.

Qarşılaşmanın 19-cu dəqiqəsində “Real” Kərim Benzemanın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə hesabda önə çıxıb.

İkinci hissənin əvvəlində – 53 dəqiqədə Nolito hesaba tarazlıq gətirib. 69-cu dəqiqədə K.Benzema növbəti dəfə penalti zərbəsi ilə komandasını önə keçirib.

Qarşılaşma 1-2 hesabı ilə “kral klubu”nun qələbəsi ilə nəticələnib. Xallarının sayını 69-a çatdıran Madrid klubu ikinci “Sevilya” ilə xal fərqini 12 xala çatdırıb.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir