Tofiq Musayevin Havay adalarındakı rəqibi: “Allahın döyüşçüsü”

İdman

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayevin “Bellator” turnirində rəqibi müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, o, “Bellator-278” turnirində debüt edəcək. Aprelin 22-də keçiriləcək görüşdə onun rəqibi Zak Zeyn olacaq.

Qeyd edək ki, “Bellator-278” turniri ABŞ-ın ştatlarından biri olan Havay adalarının mərkəzi şəhəri olan Honoluluda keçiriləcək. Döyüş gecəsi Honolulu şəhərinin sabiq meri Nil Şou Bleysdelin adını daşıyan idman arenasında baş tutacaq.

“Allahın döyüşçüsü” (God`s Warrior) adlandırılan Zak Zeyn Havay adalarındandır. 32 yaşlı idmançı indiyədək 15 qələbə qazanıb, 11 döyüşdə məğlub olub. O, artıq bu il yanvar və fevral aylarında keçirdiyi iki döyüşündə məğlubiyyət alıb.

Gecənin əsas döyüşü qadınlar arasında baş tutacaq. Braziliyalı Juliana Velaskez kəmərini müdafiə etmək üçün amerikalı Liz Karmuş ilə münasibətlərinə aydınlıq gətirəcək.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir