Azərbaycan millisi iranlı baş məşqçiyə tapşırılır

İdman

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinə iranlı baş məşqçi təyin olunacaq.

“Report”un əldə etdiyi məlumata görə, yığma Nasser Salimiyə tapşırılacaq.

Mütəxəssis komandanı Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşdıracaq. Bir müddət əvvəl Bakıda olan baş məşqçi idmançılarla və şəraitlə tanış olub. Mayın 1-də onunla müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan həndbol millisinin baş məşqçisi Hikmət Abdullayev 2019-cu ildə ürəktutmasından vəfat etmişdi. V İslam Həmrəyliyi Oyunları 9-18 avqustda keçiriləcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir