AFFA-nın yeni baş katibi: “İtaliya və “Yuventus” azarkeşiyəm”

İdman

“Mən futbol millilərindən İtaliya millisinə azarkeşlik edirəm. Bu sevgi AVRO-2000-nin İtaliya – Hollandiya oyunundan sonra yaranıb. Futbolçulardan isə Alessandro Del Pyeronun oyunundan xoşum gəlirdi deyə, “Yuventus”a azarkeşlik edirdim”.

Oxu.Az-ın xəbərinə görə, bunu AFFA-nın yeni baş katibi Sərxan Hacıyev deyib.

O, xaricdə və Azərbaycanda hansı klublara azarkeşlik etdiyini açıqlayıb:

“Açığı, son illər bilmirəm nədəndir, əvvəlki kimi “Yuventus”un oyunlarını o qədər də diqqətlə izləmirəm. Bəlkə də bu, işimin çoxluğu ilə bağlıdır. Məsələn, mənim üçün “Yuventus” – “Bolonya” oyununa baxmaqdansa, “Mançester Siti” – “Liverpul” oyunu daha maraqlıdır.

Azərbaycanda isə hansı komandaya azarkeşlik etdiyimi deməkdə çətinlik çəkirəm. Beynəlxalq yarışlarda, təbii ki, öz klublarımıza azarkeşlik edirəm. Amma uşaqlıqdan “Neftçi”nin azarkeşi olmuşam. Çünki özüm də qısa müddət futbolla məşğul  olmuşam”.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir