“Trabzonspor” azarkeşləri Şuşaya səfər etdilər – VİDEO

İdman

“Trabzonspor” klubunun azarkeşləri Türkiyə Super Liqasında “Antalyaspor”a qarşı keçirəcəkləri XXXV tur oyunundan əvvəl Şuşaya səfər ediblər.

Oxu.Az xəbər verir ki, fanatlar Şuşa qalasının qarşısında klubun nəhəng bayrağını açıblar.

Tərəfdarlar Qara dəniz təmsilçisinin dəyişməz ifadəsi olan “Bizə hər yer Trabzon” şüarını səsləndiriblər.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Trabzonspor” – “Antalyaspor” matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, çempionluğu təmin edəcək.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir