Xavi Alonso Bundesliqa klubunu çalışdıracaq

İdman

Keçmiş ispaniyalı yarımmüdafiəçi Xavi Alonso Leverkuzen “Bayer”inin yeni baş məşqçisi təyin edilib.

Bu barədə klubdan məlumat yayılıb.

O, bu postda komandadan xaric edilən Xerardo Seoaneni əvəz edəcək.

Məlumata görə, Xavi ilə 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.