Rusiyalı voleybolçuların 2024-cü il Olimpiya oyunlarında iştirakına vəsiqə verilmədi

İdman

Rusiyanın kişi və qadın voleybol yığmaları 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının seçmə yarışlarına qatılmayacaqlar.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytında məlumat verilib.

Təsnifat turniri 2023-cü il sentyabrın 30-dan oktyabrın 8-dək keçiriləcək. Ora Fransa və Rusiya komandaları istisna olmaqla, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) reytinqində 1-26-cı yerləri tutan komandalar buraxılacaq.

“Fransa ev sahibi ölkə kimi avtomatik olaraq növbəti Olimpiya Oyunlarına vəsiqə qazanıb. Rusiya bu müddətdə yarışmaq hüququna malik deyil”, – deyə BOK-un bəyanatında deyilir.