“Real” autsayderlə bacarmadı – VİDEO

İdman

İspaniya La Liqasında 12 turun oyunları davam edir.

“Santyaqo Bernabeu”da turnir cədvəlində sondan ikinci olan “Jirona”nı qəbul edən Madrid “Real”ı gözləntilərin əksinə olaraq rəqibi ilə bacara bilməyib – 1:1. 

Oyunun son dəqiqələrində madridlilərin qələbə qolu ofsayd səbəbindən hesaba alınmayıb. Bu azmış kimi, iki dəqiqə sonra Kroos qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. 

Buna baxmayaraq komandaya ilk pilləyə qayıtmaq üçün 1 xal da kifayət edib.

Qeyd edək ki, kral klubu “Barselona”nın dünənki qələbəsindən sonra müvəqqəti olaraq ikinci pilləyə düşmüşdü. Bu nəticədən sonra əzəli rəqiblər arasındakı fərq 1 xala qədər azalıb.