Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəldi

İdman

Şahmat üzrə Azərbaycan millisi İsraildə təşkil olunan komandalararası dünya çempionatında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu – V turunda İsraillə üz-üzə gəlib.

Rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən Azərbaycan millisi 7 xalla qrup ikincisi kimi 1/4 finala yüksəlib. Yığma növbəti mərhələdə İspaniya kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.