Mixayloviç vəfat etdi

İdman

“Torino”, “Fiorentina” klublarının və Serbiya millisinin sabiq baş məşqçisi Sinişa Mixayloviç 54 yaşında vəfat edib.

Bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında məlumat verib.

2019-cu ildə Mixayloviçə leykoz diaqnozu qoyulub. O müalicə aldıqdan sonra vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin 2022-ci ilin yazında xəstəlik yenidən baş qaldırıb.

Qeyd edək ki, bütün bu müddət ərzində Mixayloviç məşqçi karyerasını davam etdirib.

Sinişa Mixayloviç futbolçu kimi fəaliyyət göstərdiyi dönəmlərdə müdafiəçi kimi çıxış edib. O, “Roma”, “Srvena Zvezda” klublarında oynayıb, lakin daha çox “Latsio”dakı (1998-2004) oyunları ilə yadda qalıb.

Mixayloviç karyerasını 2006-cı ildə “İnter”də başa vurub. Beynəlxalq səviyyədə Mixayloviç əvvəlcə Yuqoslaviyanı, sonra isə Serbiya və Monteneqro yığmasını təmsil edib.

2006-cı ildə “İnter”də köməkçi kimi məşqçilik karyerasına başlayıb. Bundan sonra o, “Fiorentina”, Serbiya millisi, “Sampdoriya”, “Torino” kimi klublarda çalışıb. Son üç mövsümdə Mixayloviç “Bolonya” klubuna rəhbərlik edib, 2022-ci ilin sentyabr ayının əvvəlində vəzifəsini tərk edib.

Mənbə: Championat.com