İngiltərə Premyer Liqasının (İPL) XVIII turunda daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, mövsümün qeyri-stabil çıxış edən komandalarından biri olan “Mançester Yunayted” ausayderlər cərgəsində qərarlaşmış “Vulverhempton”un qonağı olub.
Görüş “qırmızı şeytan”ların minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu qarşılaşmanın 76-cı dəqiqəsində Markus Reşford vurub. İngilis hücumçunun 84-cü dəqiqədə rəqib qapısından keçirdiyi daha bir top isə əllə oyun səbəbindən hesaba alınmayıb.
Bu qələbə ilə xallarının sayını 32-ə yüksəldən “manukunian”lar 4-cü pillədə qərarlaşıb. “Vulverhempton” isə 13 xalla 18-ci yerdə qalıb.