“Çelsi” ilk qış transferini açıqladı

İdman

“Çelsi” “Monako”nun müdafiəçisi Benua Badiaşileni transfer edib.

London klubu fransızla 7,5 il müddətinə müqavilə imzaladığını açıqlayıb.

“Çelsi”yə keçməkdən çox xoşbəxtəm. Bu klubda oynamağı səbirsizliklə gözləyirəm. Azarkeşləri görmək və dünyanın ən yaxşı liqasında oynamağa başlamaq üçün səbirsizlənirəm”, – Badiaşile bildirib.

“Monako” 21 yaşlı futbolçu üçün 38 milyon avro alacaq.

Qeyd edək ki, bu mövsüm Badiaşile Liqa 1-də 11 oyuna çıxıb və 2 qol vurub.

Mənbə: sports.ru