Mərkəzi Bankın sədri: “Banklar depozit faizlərini artıra bilərlər” – VİDEO

İqtisadiyyat

“Bu gündən Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərini 10% dərəcə ilə vergiyə cəlb edilməsi depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

“Vergi Məcəlləsinə əsasən 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub və bu dövr artıq başa çatıb. Depozit gəlirlərinin vergiyə cəlb olunması qanunvericiliyin tələbidir”, – T.Kazımov bildirib.

O, hesab edib ki, güzəştlərin ləğvi əmanət bazasına hər hansı təhdid yaratmır:

“Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcəklər. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.