Mikayıl Cabbarov: “Xarici və yerli sərmayələr üçün bəlli bir məkan hazırlamışıq”

İqtisadiyyat

“Qeyri-neft sektorunda olan ÜDM-in 9 faizdən çox artımını qeyd etməliyəm. Deyərdim ki, xarici və yerli sərmayələr üçün bəlli bir məkan hazırlamışıq”. 

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu da dövlət şirkətlərinin idarə edilməsində son iki il ərzində qeydə alınan dəyişiklərdən qaynaqlanır:

“Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən şirkətlərin nəticələrinə nəzər salsaq, 2 ili əsas götürsək, əgər 2020-ci ildə portfel şirkətlərin toplam mədaxili 50 milyard manat təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 120 milyard manat olub. Burada bir şirkət deyil, xüsusi çəkisi ilə seçilən dövlət şirkətləri var. Amma ayrılıqda baxsaq, SOCAR, ASCO və digər bütün dövlət şirkətlərində nəticələrin dayanıqlı şəkildə yaxşılaşmasını görürük. Bu da strateji sektorlarda özəlləşmə imkanlarını bizim üçün yaxınlaşdırır”.

Könül Cəfərli