İstehlaka yararsız qida məhsulları məhv edilib – FOTO

İqtisadiyyat

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

AQTA-dan verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Sun Food” MMC-yə məxsus, ümumi çəkisi 38,54 ton müxtəlif növ qida məhsulu, “AZ FP CO LTD” MMC-yə məxsus 68 adda 10,275 ton müxtəlif növ süd və süd məhsulu, beş adda 15,52 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.