Azərbaycan neftinin qiyməti 109 dolları KEÇDİ

İqtisadiyyat

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 6,48 ABŞ dolları, yaxud 6,3 % artaraq 109,11 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir