Gənc Mühasiblər İctimai Birliyi Gəncə şəhərində seminar təşkil etdi – FOTO

İqtisadiyyat

Gənc Mühasiblər İctimai Birliyinin “Kiçik və Orta Sahibkarlıq mühasibləri üçün Peşəkar Mühasib Sertifikatı ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrası davam edir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihə çərçivəsində nəzərdə tutulan mühasiblərin və mütəxəssislərin iştirakı ilə peşəkar mühasib sertifikatının əldə edilməsi prosesinin təşkili, PMS-in əhəmiyyəti, PMS almağın üstünlükləri, imtahanların keçirilməsi və mövzu ilə bağlı iştirakçıları maraqlandıran digər məsələlərin müzakirə edilməsi məqsədilə Gəncə şəhərində 9 aprel 2022-ci il tarixində mühasiblər üçün seminar təşkil olunub.

Seminarda 15 mühasib iştirak edib. Seminara PMS üzrə mütəxəssis, Azərbaycan Dövlət Aqrar Universitetində Mühasibat uçotu və Audit kafedrasının baş müəllimi İsa Şəfiyev təlimçi qismində dəvət olunub. Seminar GMB-in sədri Solmaz Əliyevanın çıxışı ilə açıq elan olunub. Daha sonra seminar müddətində nəzərdə tutulan mövzular üzrə İsa Şəfiyev məlumat verib və yekunda isə iştirakçı mühasiblərə maraqlı olan PMS imtahanı ilə bağlı suallarına cavablar verilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir