Beş illik müddətə buraxılan və faizləri üç aylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.
SOCAR-dan verilən məlumata görə, SOCAR istiqrazlarının ikinci faiz ödənişi nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.
“Bununla da investorların ümumi qazancı 2,25 milyon dollara yüksəlmiş olacaq”, – məlumatda deyilir.
Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.
www.102info.az