Azərbaycanda avro rekord səviyyədə ucuzlaşdı – FOTO

İqtisadiyyat

Son zamanlar avro dollara nisbətən ucuzlaşmağa başlayıb.

Oxu.Az xəbər verir ki, son 12 ay ərzində Avropa valyutası dəyərinin 12%-ni itirib.

Bu, Azərbaycan manatı ilə müqayisədə də özünü büruzə verir. Belə ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 avro 1,78 manata bərabərdir. Bununla da avronun məzənnəsi demək olar ki dollarla eyniləşməyə yaxındır.

Analitiklərin fikrincə, avronun qiymətdən düşməsi Avropa iqtisadiyyatının resessiya perspektivləri ilə izah olunur.

Bundan əlavə, ABŞ-ın inamlı iqtisadi fəaliyyəti investorların dollar yatırımlarına üstünlük verməsi ilə nəticələnib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir