Orxan Məmmədov: “Qarabağda biznes fəaliyyəti göstərmək üçün 1 100 müraciət daxil olub”

İqtisadiyyat

“Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlardan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 100 müraciət daxil olub”.

“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

“Bunlar həm yerli, həm də xarici sahibkarlardır. Müraciətlər əsasən tikinti, xidmət, kənd təsərrüfatı, sənaye sektorlarını əhatə edir. 400-ə yaxın müraciət xarici iş adamlarının payına düşür. ABŞ, Avropa ölkələri, BƏƏ, Çin, İndoneziyadan müraciətlər var, tezliklə biznesə başlamaq istəyirlər. Hələ ki, Qarabağda gündəlik tələbat duyulan obyektlər açılıb”, – deyə o qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir