Mikayıl Cabbarov: “Dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 mlrd. manatı keçib” – FOTO

İqtisadiyyat

“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 mlrd. manatı keçib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “Facebook” hesabında qeyd edib.

O bildirib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 7,9 mlrd. manata çatıb. 

“Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”, – deyə o qeyd edib.