Qusar sakinləri Xaçmazda bıçaqlanıblar

Kriminal

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yalama kəndində qeydə alınıb.

Bıçaq xəsarətləri alan Qusarın Düztahir kənd sakinləri – 1997-ci il təvəllüdlü Namiq Faiq oğlu Cəfərov və onun həmkəndlisi, 2002-ci il təvəllüdlü Sadəddin Radik oğlu Novruzov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

N.Cəfərova döş qəfəsinin daxilə nüfuz edən deşilmiş yarası, S.Novruzova isə sol çiyin nahiyəsinin deşilmiş yarası diaqnozları qoyulub.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir