Xaçmazda OĞURLUQ: Dəmiryol relsini oğurlayıb satmağa apardılar

Kriminal

Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 24-də saat 17 radələrində rayonun Çarxı dəmiryolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparan Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir