Cibgirlik peşəsini həyat tərzinə çevirən şəxs metroda saxlandı

Kriminal

Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda cibgirlik etdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir