Bərdədə şənlikdə havaya atəş açan şəxs tutulub

Kriminal

Bərdədə şənlikdə havaya iki dəfə atəş açan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə Mirzəxan kəndi ərazisində keçirilən şənlik zamanı havaya iki dəfə atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini V.Abdullayevin sərxoş vəziyyətdə tüfəngdən atəş açması müəyyən edilərək saxlanılıb.

Ondan “Sayqa” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir