Anime və manqa yaradıcısı Leiji Matsumoto 85 yaşında vəfat edib.
Onun kəskin ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir.
Qeyd edək ki, Matsumoto elmi fantastika janrında çalışıb və kosmik operaları populyarlaşdırıb. Ən məşhur əsərlərinə “Yamato Kosmik Döyüş gəmisi” (“Space Battleship Yamato”), “Qalaktika ekspresi 999” (“Galaxy Express 999”), “Kosmik pirat Harlok” (“Harlock: Space Pirate”) və s. daxildir.
Bundan əlavə, Matsumoto “Daft Punk” qrupu ilə əməkdaşlıq edib və birlikdə “Interstella 5555” müziklini yaradıblar.
Matsumoto Yaponiya və Fransada bir çox mükafatlara layiq görülüb.
Mənbə: Haber Global
www.demir-yumruq.az